Sizin link burada

Şou-biznesdə daha bir küsülülük: ""R" hərfi mənə toxunur"

 

Müğənni Niyam Salami bir zamanlar dostluq etdiyi həmkarı Ramal İsrafilovdan küsüb. Lent.az-ın məlumatına görə, bu barədə N.Salami “ATV maqazin onlarla” verilişində deyib: “Ramal, sənə ortada yeyib, ucda gəzirsən. Səni tamaşaçı da çox görə bilmir. Arada ilişib danışırsan, nələrsə eləyirsən. Sənəti göz önündə olan müğənnidi. Amma mənim sənlə aramda Himalay dağı qədər məsafə var. Səninlə normal münasibətim yoxdur. Mənlə də normal münasibətdə olan müğənni deyilsən. Nəsə “R” hərfi mənə toxunur. Bu hərfdən olan müğənnilər mənlə düz gəlmir. Ramalın da bu sahədə öz cəbhəsi var. Bu cəbhədə də təkdir”.

 

Qeyd edək ki, N.Salami R.İsrafilovdan savayı, müğənni Rəhim Rəhimli ilə də küsülüdür. Onlar bir zamanlar çox yaxın dost olublar. Hətta N.Salamini tanıdan “Sana haram əllər dəymiş” mahnısının müəllifi də R.İsrafilovdur.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>