Sizin link burada

®Tam Yeni MAZDA CX-5 2018 – ARTIQ SATIŞDA!

Mazda Azərbaycan 2018-ci ilin tam yenilənmiş Mazda CX-5 modelini müştərilərin ixtiyarına verib. Bu, özündən əvvəlki modelin dinamik xarakteri ilə yanaşı dizayn və texnologiyalara müasir yanaşma gətirən avtomobildir. 

 

Mazda mühəndisləri sadə formalar sayəsində kölgə-işıq oyununu məharətlə əks etdirərək avtomobilə eyni zamanda  həm zəriflik, həm də güc bəxş ediblər. Üçölçülü radiator qəfəsi və yeni faralar isə bu qüvvətli görünüşü bir daha vurğulayır. Salonda hər şey sürücünün və sərnişinlərin rahatlığı üçün təşkil olunub. Yenidən qurulmuş alətlər paneli, vacib informasiyanı nümayiş etdirən proeksiya ekranı, möhkəm metal elementlər və keyfiyyətli örtük materialı, həmçinin, MZD Connect multimedia sistemi və BOSE audiosistemi səfərlərinizin hərtərəfli komfortunu təmin edir. 

 

Həmçinin, bir sıra intellektual həll üsulları (Adaptive LED Headlamps, Blind Spot Monitoring, Advanced Smart City Brake Support və s.) sayəsində yüksək təhlükəsizliyə nail olunub. Dözümlü və zərbəni udan korpusla innovativ i-ACTIVSENSE texnologiyalarının spektri də təhlükəsizliyi dəstəkləyir. Mazda yeni CX-5-in dinamikasını həmişəki kimi SKYACTIV TECHNOLOGY və yeni G-Vectoring Control sistemlərinə etibar edib. 

 

Artıq avtomobillə Mazda-nın ölkəmizdəki rəsmi dileri Mazda Avtomobil Mərkəzinin salonunda tanış olmaq mümkündür. Mərkəz Bakı-Sumqayıt şossesi, 6-cı km. ünvanında yerləşir. Daha ətraflı məlumat üçün www.mazda.az saytına daxil ola, yaxud (012) 349 01 00 nömrəsinə zəng edə bilərsiniz.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>