Sizin link burada

Rezidenturaya qəbul üzrə təkrar sınaq imtahanı keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi)  üzrə təkrar elektron sınaq imtahanı keçiriləcək.
 
 
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sınaq imtahanında iştirak etmək istəyənlər martın 17-si saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
 
 
Sınaq imtahanı martın 17-də saat 10-da DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək.
 
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. 
 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>