Sizin link burada

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq istəyir

 

Şimali  Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir.  APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın "Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib. 

 

Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen In  Cənubi Koreyanın  nümayəndə heyəti ilə Pxenyanda keçirdiyi görüşdə açıqlayıb. 

 

"Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib. 

 

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq. 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>