Sizin link burada

"Başaran Holding" rəhbərinin qızı 7 rəfiqəsi ilə partlayan təyyarədə olub

İranda qəzaya uğrayan Türkiyəyə  məxsus təyyarənin  göyərtəsində olan şəxslər arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızı Minə və onun 7 rəfiqəsi olub. APA-nıın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə  "Qızıl Aypara" cəmiyyətinin Türkiyə bölməsinin rəhbəri Kərəm Kınık bildirib. 

 

Türkiyə mətbuatı qeyd edir ki, Minə Başaranın gələn ay toyu olacacaqmış. 

 

Kərəm Kınıkın sözlərinə görə, İran xilasediciləri  təyyarənin qəzaya uğradığı əraziyə 3-4 saata çatacaqlar.  "Ərazidə kəskin hava şəraiti müşahidə olunur", - deyə Kərəm Kınık qeyd edib. 

 

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>