Sizin link burada

İranda Türkiyə təyyarəsi qəzaya uğradı: 11 ölü

İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.
 
 
APA-nın məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.
 
 
"Hürriyet" qəzetinin məlumatınagörə,  qəzaya uğrayan özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur.
 
 
 
Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.
 
 
Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.  

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>