Sizin link burada

Berlində məscid yandırılıb

Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.

 

APA-nın "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

 

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.

 

 

Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>