Sizin link burada

Rəhim Rəhimli əsəbiləşdi: “Bu tərbiyəsizlikdir”

Müğənni Rəhim Rəhimli məşhurların sosial şəbəkə paylaşımlarını qınayıb. Axşam.az-ın məlumatına görə, sənətçi "Açıq pəncərə" verilişində onları görməmiş adlandırıb: "Yeyib-içdiyimizi insanala göstərmək olmaz. Evi, maşını nümayiş etdirmək olmaz. Evimə bu vaxta kimi kamera girməyib. Aparıcı girir yataq otağına, şkafı açır. Bu, tərbiyəsizlikdir. Sevmirəm yeyib-içdiyimi göstərim. Müğənnilər mənə bu dediklərimə görə, cavab verməsin. Bu, mənim öz fikrimdir. Ağızlarını Allah yoluna qoyub danışmasınlar. Bu, insanların nəfsi ilə oynamaqdır. Bunu yeyə bilməyən, maşını sürə bilməyən var. Tamaşaçıya məşhurun alt geyimi də bağlıdır. Əgər sənin adın varsa, ölkənin ulduzusansa, profilində hörmətli, adına-sanına layiq paylaşım olmalıdır. Yoxsa, gözünü açıb nəyini gəldi qoyur. Bunun nəyini bəyənirsiniz? İnsanları qınayıram, baxmasalar, reytinq verməz. Müğənni var ki, Bakıda məkan qoymayıb qalsın, hər yerdə paylaşım edir. Görməmişliyin əlamətidir, görməyib".

 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>