Sizin link burada

Türkiyədə məşhur hakim faciəvi şəkildə öldü - FOTO

Türkiyədə məşhur məhkəmə hakimi Mehmet Orhan Karadeniz yol qəzasında ölüb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, dünən gecə saatlarında Alanyanın mərkəzindəki Atatürk prospektində yolu keçmək istəyən hakimi sürətlə hərəkət edən motosiklet vurub. Motosikletin altında xeyli sürünən 74 yaşlı hakim hadisə yerində ölüb.

 

Qeyd edək ki, vəfat edən hakim Mehmet Orhan Karadeniz bir çox siyasi məhkəmə işlərinə sədrlik edib. Həmin işlər arasında Fətullah Gülənə, “Cumhuriyyət” qəzetinə hücum edən şəxslərə açılmış cinayət işləri də olub.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>