Sizin link burada

Bu şəhərə 1 ildə 300 milyon turist gəlib

Ötən il Çinin paytaxtı Pekinə 297 milyon yerli və xarici turist səfər edib. Bu rəqəm əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Pekin bələdiyyəsinin turizm komissiyasının rəhbəri Sun Yü keçən il şəhərin turizm sektorunun dövriyyəsinin 546,9 milyard yuana (86,4 milyard ABŞ dolları) çatdığını bildirib. Ötən il şəhərdə 171 yeni turizm proqramı icra olunub. Bundan başqa, əcnəbi turistlər üçün Çin təbabəti, muzey və tarixi abidələrlə bağlı marşrutların sayı artırılıb.

 

Sun Yü paytaxt rəhbərliyinin şəhərin turizm dövriyyəsini cari ildə 7 faiz artırmağı qarşıya məqsəd qoyduğunu açıqlayıb. Bu hədəfə nail olmaq məqsədilə əcnəbi turistlər üçün 144 saatlıq vizasız rejimin tətbiq olunduğu ölkələrin və “Tax free” sisteminə qoşulan ticarət mərkəzlərinin sayı artırılacaq.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>