Sizin link burada

Bakı polisi: Milli Şuranın mitinqində 1500 nəfər iştirak edib - YENİLƏNİB

 

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

 

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min  beş yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

**

16:00

 

Bakıda Milli Şuranın mitinqi başlayıb.

 

APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilir.

 

Mitinqdə Müsavat Partiyası da iştirak edir.

 

Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunur.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>