Sizin link burada

Seçkiləri 21 beynəlxalq, 22 mindən çox yerli müşahidəçi izləyəcək

Bu günə qədər Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 22 min nəfərdən çox yerli müşahidəçi qeydə alınıb.
 
 
 
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
 
 
 
M. Pənahov deyib ki, bu, orta hesabla  hər məntəqəyə 4 yerli müşahidəçi düşməsi deməkdir.
 
 
 
MSK sədri indiyə qədər ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 13, Müstəqil Dövlətlər Birliyinin 8 müşahidəçisi də qeydə alınıb.

LENT

22 İyun 2018

Digər xəbərlər >>>