Sizin link burada

Ufuk Budak yenidən Azərbaycan millisində

Türkiyə PTT I liqasında “Samsunspor”un şərəfini qoruyan Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb. Apasport.az saytı xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. O, martın 23-də paytaxtımızda Belarusla, 4 gün sonra Antalyada Makedoniya ilə yoxlama görüşlərində baş məşqçi Qurban Qurbanovun komandasında yer alacaq. Qeyd edək ki, 2010-cu ildə U-21 yığmamızın şərəfini qoruyan futbolçu 1 il sonra əsas komandamıza dəvət alıb. Millimizdə 17 görüş keçirən Budak son illər yığmaya çağırılmırdı.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>