Sizin link burada

Taekvondoçularımız dünya reytinqində yerini qorudu

 

Dünya Taekvondo Federasiyası mart üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan ilk “onluğ”u yığmamızın üzvləri üçün uğurlu hesab etmək olar.

 

Dünyanın ən güclüləri sırasında qərarlaşan təmsilçilərimiz irəliləməsələr də, mövqelərini qorumağı bacarıblar. Belə ki, Olimpiya çempionumuz Radik İsayev (+80 kq) yenə ikincidi. Aktivində 423,14 xal olan taekvondoçumuz rusiyalı Vladislav Larindən 9,95 xal geri qalır.

 

 

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də ikinci yerdə qərarlaşıb. Olimpiya mükafatçımız 444,93 xala sahibdi. İlk pillənin sahibi Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) təmsilçimizi 70,07 xal qabaqlayır.

 

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. 8-ci pillədə qərarlaşan həmyerlimiz 197,23 xala malikdi.

 

Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk “onluq”da Azərbaycan millisinin üzvləri yer almayıblar. 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>