Sizin link burada

Əflatun Amaşov həbsdəki jurnalistlərdən danışdı

 

“Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub”. 

 
APA-nın xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat çıxışı zamanı deyib. O bildirib ki, cəmiyyət və dövlətin Mətbuat Şuralarına etimadı dünyada qəbul edilən formuldur: “Məhz buna görə bəziləri bizi tənqid edir. Mətbuat Şurasını tənqid edənlər bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər. Bu, yalandır”.
 
Ə. Amaşov Şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız-hesabsız işlərin olduğunu diqqətə çatdırıb: “Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır. Bundan başqa, idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Buna görə də düşünürəm ki, qəzet kağızı və qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir”.
 
Mətbuat Şurasının sədri qeyd edib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır. 

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>