Sizin link burada

Pinqivinlər selfi çəkdirdi - Antarktidada

Cənub qütbündə bir neçə imperator pinqivini elmi ekspedisiyanın unutduğu kameranı taparaq, obyektivin qarşısında poza verib.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, pinqivinlərin iştirakı ilə çəkilmiş video Avstraliyanın Antarktidakı ekspedisiya proqramının “Facebook” səhifəsinə yerləşdirilib.

 

“Selfi-video”da iki quşun kameraya yaxınlaşdığını və obyektivi təəcüb dolu baxışlarla araşdırdığını görmək olur. Daha sonra onlar fotoaparatın nə olduğunu öyrənməyə çalışır.

 

Bir neçə gün ərzində bu video yüz mindən çox baxış sayı qazanıb.

 

Alimlər bildirirlər ki, pinqivinlərin texnikaya qarşı belə can-fəşanlıq etməsində qeyri-adi heç bir şey yoxdu, belə ki, bu növ quşlar təbiətcə ətrafda olan hər şeylə maraqlanır.

 

Xatırladaq ki, bundan əvvəl 2015-ci ildə Britaniya zooparkından olan bir cüt oranqutan videokameradan istifadə etməyi öyrənərək, “selfi” çəkdirmişdi.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>