Sizin link burada

4 rayonda 15 modul tipli məktəb tikiləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə  “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 (beş milyon əlli altı min) manatı Təhsil Nazirliyinə ayrılıb.

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>