Sizin link burada

"Heç vaxt rəngli pencək geyinmərəm - Meyxanaçı Vüqar

“Heç bir zaman efirə rəngli pencək geyinmərəm”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişinə qonaq olan meyxanaçı Vüqar Əbdülov deyib. O bildirib ki, rəngli geyim onun xarakterinə uyğun deyil: “Ola bilər ki, hansısa tədbirin ssenarisinə uyğun rəngli geyim geyinə bilərik. Biz bir sənətçidən əlavə, həm də bir aktyoruq. Yəni tamaşaçının qabağına tamaşa göstərməyə çıxırıqsa, müəyyən bir obrazı canlandırırıq. Amma obrazdan kənar heç bir zaman məni rəngli pencəkdə görə bilməzlər. Mən dəb-dəbəli rənglərə üstünlük vermirəm. Həm də onu öz əynimdə təsəvvür edə bilmirəm. Hər zaman çalışıram ki, tünd kostyumda, ağ köynəkdə olum. Bu sözləri özümə görə dedim. Başqaları geyinirsə, özləri bilər. Sadəcə, mən geyinə bilmərəm. Əynimdə xam görsənər, evdən də zəng edərlər ki, o kimin pencəyidi geyinmisən? Bilirlər ki, elə şey geyinən deyiləm”.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>