Sizin link burada

Generaldan oğlunun Röya ilə münasibətinə dair AÇIQLAMA

Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman Rövşən Əkbərov oğlu Telman Əkbərovun müğənni Röya ilə sevgili olmasına münasibət bildirib.
 
Lent.az-ın "Bizim Yol"a istinadən məlumatına görə, R.Əkbərov yayılan xəbərin doğru olmadığını deyib: “Bu jurnalistlərin işi-gücü yoxdur? Vətəndən, torpaqdan yazın. Bu, yalan, cəfəngiyatdır. Kim tərəfindən uydurulub, ötürülüb, onu da bilirəm. Bu barədə oğlumla da danışmışam, onun Röya xanımla heç bir əlaqəsi yoxdur. Müğənni kimi şəkli ola bilər, məşhur müğənnidi, hamı şəkil çəkdirə bilər. Orda mənimlə qoyulan şəkli də, Röyanın qardaşı mənim yanımda xidmət edib, andiçmə zamanı yanıma gələndə çəkilib. Orda da yüzlərlə valideyn olub, Röya xanım da iştirak edib. Belə cılız söhbətlər lazım deyil”.
 
 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>