Sizin link burada

Böyükağa Hacıeyvin oğlu: "Ümid qalmayıb"

“Atamın durumu çox pisdi. Dünən vəziyyəti daha da ağırlaşmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.

 

Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevın vəziyyətində heç bir irəliləyiş yoxdu. Əksinə, “ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumu getdikcə daha da ağırlaşır. 

 

 

Bununla bağlı danışan Rüstəm Hacıyev həkimlərin də çarəsiz qaldıqlarını bildirib: “Atam yenə “Medical Plaza”dadı. Vəziyyət qəlizdi. Dünən hamımızı qorxutdu. Həkimlərin də ümidi qalmayıb. Arada yemək verirlər, amma halı yoxdu. Düzdü, xəstəxanada qalmaq istəmir. Oyananda deyir ki, ürəyim partlayır, məni burdan çıxarın. Evə getmək istəyir. Ancaq bunu edə bilmərik, mümkün deyil. Həkimlər icazə vermirlər, çünki xəstəxanadan çıxarsaq, daha da pisləşəcək. Ürəyinin vəziyyəti yaxşılaşmır. Digər tərəfdən də beynindəki problem ona əziyyət verir”.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>