ABŞ-dan Türkiyəyə növbəti xəbərdarlıq

ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir. 

 

APA-nın RİA Nobosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib. 

 

O S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini  xatırladıb. "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq", -deyə general bildirib. Kertis Skalarrotti "digər  fəsadlarn mahiyyətini açıqlamayıb. 

"Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları S-400-lərin NATO standartlarına uyğun gəlmədiyinə  inandırmağa çalışırıq" -  deyə Kertis Skalarrotti  qeyd edib. 

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>