Sizin link burada

Avropa Liqası: 8 matçda 22 qol

futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılıb.

 

“Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edib. İtaliyada keçirilən qarşılaşmanın ilk hissəsində meydan sahiblərini 2 dəfə mərkəzə dəfət edən londonlular 1/4 finalın qapısını aralayıb.

 

 

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olmuş "Atletiko” ilk oyununu evdə keçirib. Madrid təmsilçisi Moskva “Lokomotiv”inin qapısından 2 cavabsız top keçirməklə, böyük üstünlük əldə edib.

 

Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya" gözlənilmədən doğma azarkeşləri önündə Avstriya "Zalsburq"una uduzub.

 

Avropa Liqasında mübarizə aparan Rusiyanın hər 3 klubu ilk görüşdə rəqibinə məğlub olub.

 

Ümumiyyətlə, 1/8 final mərhələsinin ilk qarşılaşmaları olduqca məhsuldar alınıb. Təsadüfi deyil ki, 8 görüşdə qapılara 22 top vurulub.

 

 

Avropa Liqası

1/8 final, ilk oyunlar

 

8 mart

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:2

Qollar: Mxitaryan, 15; Remsi, 45+4

 

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 3:0

Qollar: Saul, 22; Dieqo Kosta, 47; Koke, 90

 

“Borussiya" D. (Almaniya) – “Zalsburq” (Avstriya) - 1:2

Qollar: Şürrle, 62 - Berişa, 49, (pen.), 56

 

MOİK (Rusiya) – “Lion” (Fransa) - 0:1

Qol: Marselo, 68

 

"Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2

Qollar: İmmobile, 54; Anderson, 62 - Tsiqankov, 52; Moraeş, 79

 

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) - 2:1

Qollar: Bruma, 56; Verner, 77 - Krişito, 86

 

“Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 3:1

Qollar: Okampos, 1, 57; Paye, 14 - Aduriz, 45+3 (pen.)

 

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 2:0

Qollar: Montero, 45+1, 49

LENT

20 İyun 2018

Digər xəbərlər >>>