Sizin link burada

Mirasını fanatı olduğu məşhur aktyora qoydu

Hindistanın Mumbay şəhər sakini Nişi Harişçandra Tripathi ölümündən qabaq gözlənilməz addım atıb.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın bank hesabında olan pulları və zinət əşyalarının hamısını ölümündən əvvəl heyranı olduğu Bollivud ulduzu, aktyor Sanjay Dutta verib. 
 
Bu il yanvarın 15-də xəstəliyi ucbatından dünyasını dəyişən 62 yaşlı qadının mirası haqda aktyora məlumat verilib. O, fanatının bu hərəkətindən çox duyğulandığını, lakin mirası qəbul etməyəcəyini açıqlayıb.
 
Hazırda Nişinin pulları və zinət əşyalarını bölmək üçün onun qohumları axtarılır.
 
Qeyd edək ki, 58 yaşlı Dutt 100-dən çox hind filmində oynayıb. 

LENT

20 İyun 2018

Digər xəbərlər >>>