Sizin link burada

PSJ 8 futbolçu ilə vidalaşır

Çempionlar Liqasında mübarizəni dayandıran PSJ mövsümün sonunda heyətində köklü islahatlar aparacaq. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi bəzi oyunçuları satmaq qərarına gəlib.
 
Belə ki, Dani Alveş, Leven Kurzava, Yuri Berçiçe, Adrien Rabio, Marko Verratti, Xavyer Pastori, Anxel Di Mariya və Edinson Kavani yayda transferə çıxarılacaq. Adıçəkilən oyunçuların bəzilərindən məmnun qalmayan rəhbərlik bəzi aparıcı simalarla da yeni müqavilə bağlamaq niyyətində deyil. Parislilər yayda Neymar və Kilian Mbappenin ətrafında yeni kollektiv yaratmaq fikrindədi.
 
Həmçinin baş məşqçi Unai Emeri də yayda istefaya göndəriləcək. Onunla yanaşı, idman direktoru Anter Enrike də vəzifəsindən uzaqlaşdırılacaq.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>