Sizin link burada

Avroliqada 1/8 final həyəcanı

Bu gün futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək.

 

Apasport.az saytının məlumatına görə, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq. “Milan” doğma azarkeşləri önündə “Arsenal”ı qəbul edəcək.

 

 Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la rəqib olmuş "Atletiko” da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva “Lokomotiv”i ilə üz-üzə gələcək.

 

Avropa Liqasında mübarizə aparan 3 Rusiya klubundan yalnız MOİK doğma azarkeşlər önündə oynayacaq. MOİK Fransa "Lion"unu sınağa çəkəcək. Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya"sı Avstryanın "Zalsburq" klubu ilə ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaq. Almaniyanın digər təmsilçisi "Leyptsiq" doğma meydanda Rusiya "Zenit" ilə görüşəcək.

 

Avropa Liqası

 

1/8 final, ilk oyunlar

 

22:00. “Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)

 

22:00. “Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya)

 

22:00. “Borussiya D.” (Almaniya) – “Zalsburq” (Avstriya)

 

22:00. MOİK (Rusiya) – “Lion” (Fransa)

 

 

00:05.”Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

 

00:05. “Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya)

 

00:05. “Marsel” (Fransa) – “Atletik” (Bilbao, İspaniya)

 

00:05. “Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya)

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>