Sizin link burada

İspaniyanın ən qədim futbol klubu satışa çıxarıldı - 1 avroya

İspaniyanın “Rekrativo” klubu müflis elan edilib. Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri xəbər yayıb.

 

Bildirilib ki, Uelva şəhərinin bələdiyyəsi klubun bütün borclarını ödəməyi öhdəliyinə götürüb. Belə olan halda isə “Eurosamop” şirkəti klubu 1 avro rəmzi məbləğə satın alacaq.

 

Maraqlıdı ki, “Rekreativo” İspaniyanın ən qədim klubudur. Bu komanda 1889-cu ildə - “Barselona”dan 10, “Real”dan isə 13 il əvvəl yaradılıb.  

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>