Sizin link burada

Rusiya prezidentliyinə namizəd Qarabağ münaqişəsindən danışıb

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur".
 
 
 
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.
 
 
 
"Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsüz" sualına cavab olaraq P. Qrudinin Rusiyanın hazırda Qafqaz regionunda stabilləşdirici rol oynadığını bildirib: "Rusiyanın bu regionda müəyyən yükü var. Mən bu münaqişə ilə tanışam. Fikrimcə, Ermənistan və Azərbaycan arasında münaqişə ancaq danışıqlar yolu ilə həll edilməlidir. Bu məsələni danışıqlar masasına oturub, həll etmək lazımdır.
 
 
 
Mənim həm azərbaycanlılara, həm də ermənilərə münasibətim müsbətdir. Dostlarım arasında həm azərbaycanlılar, həm də ermənilər var. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında da heç bir problem olmur. Məncə, müharibə heç kəsə lazım deyil".
 
 
 
P. Qrudinin prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu problemin həllinə danışıqlar yolu ilə kömək edəcəyini söyləyib: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı sərfəli həll yolunu tapacaq".

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>