Sizin link burada

Aşıq Samirə 3-cü dəfə ərə gedir ? - "Hissimi cilovlayar" VİDEO - FOTO

“Əvvəllər elə bilirdim ki, xoşbəxtlik hər zaman olur”. Lent.az-ın məlumatına görə, bu sözləri “APA TV”-nin “Show time” verilişinə qonaq olan aşıq Samirə Əliyeva deyib: “İllər öncə deyirdim ki, artıq mən xoşbəxtəm. Amma elə xoşbəxt anlar olur ki, insanın ömründə, yaddaşında iz buraxır. Bu gün xoşbəxtliyim çoxdur, amma tam deyil. Bu da arada bir mənə sıxıntı, acı verir. Amma Allahın bu gününə çox şükür olsun. Mən həyatın imtahanlarından keçmişəm və hesab edirəm ki, ən böyük xoşbəxtliyim sağlamlığımdır. Sonra da işimin olması, heç kimdən asılı olmamağımdır. Sonra da övladlarımın olması xoşbəxtçiliyimdi. Bircə çatışmayan həyat yoldaşıdır. O da ki, öz taleyimlə barışmışam. Allah başqa sıxıntılardan qorusun”.
 
 
 
Aşıq Samirə onu da əlavə edib ki, 3-cü dəfə ailə qurmayacaq: “Artıq bu kitab mənim üçün bağlandı. Maşallah qızım böyüyüb, bu gün, sabah elçiləri gələn vaxtıdı. Amma belə bir deyimdə var ki, “heç vaxt “heç vaxt” demə”. Buna pis də baxmıram. Əvvəl düşünürdüm ki, insanlar nə deyər? İndi o tənqidlərə də fikir vermirəm. Bəlkə də nə zamansa qarşıma çıxar, amma ağlımla düşünüb, yox deyərəm. Sabah bilmirəm kimsə hissimi cilovlayar... Amma yenə də istəmərəm. Sabah qarşıma yaxşı bir bəy də çıxsa, çalışacağam ki, evlilik yolunda addım atmayım”.
 

 

 

 

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>