Sizin link burada

Yubiley matçına çıxdı, 34-cü oldu

 Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində hazırda keçirilən PSJ - "Real" matçı qonaqların hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, fransalı forvard qitənin ən mötəbər klub turnirində yubiley görüşünə çıxıb.

 

Belə ki, bu, Benzemanın ÇL-də 100-cü oyunudu. Start heyətində yer alan 31 yaşlı forvard əvvəlki 99 qarşılaşmada 53 qola imza atıb.

 

Benzema ÇL-də 100 oyun keçirən 34-cü futbolçu olub.

 

Qeyd edək ki, PSJ - "Real" matçında ilk hissə qolsuz bərabərliklə tamamlanıb.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>