Sizin link burada

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Lent.az-ın prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlət başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

 

Azərbaycan prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

 

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>