Sizin link burada

"KTMT separatçı Dağlıq Qarabağa dəstək verməyəcək"

Separatçı Dağlıq Qarabağrejimi Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) üzvü olmadığından müharibə olacağı təqdirdə, təşkilat Xankəndinə hərbi dəstək verməyəcək.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov bildirib.

 

O qeyd edib ki, KTMT bütün sazişləri Ermənistanla imzaladığından İrəvan qarşısında müəyyən öhdəlikləri var.

 

 

A. Sidorov bildirib ki, KTMT müvafiq yardım xahişi olmadan quruma üzv dövlətin cəlb olunduğu bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyətinə malik deyil.

LENT

22 İyun 2018

Digər xəbərlər >>>