Sizin link burada

Bakı Bulvarında Yelkənli qayıqların paradı keçrilib

Martın 5-də “Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar Yelkənli İdman Federasiyası tərəfindən Bakı Bulvarında Yelkənli qayıqların paradı təşkil edilib. Dövlət Dəniz Administrasiyasından Lent.az-a verilən məlumata görə, paradda Beynəlxalq Yelkənli İdman Federasiyasının (ISAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvü olan Azərbaycan Yelkənli İdman Federasiyasının “Optimist” və “Lazer” sinifləri üzrə yelkənçiləri bir çox beynəlxalq yarışlarda müvəffəqiyyyətlə çıxış ediblər.

 

Yelkənli qayıqların paradı şəhər sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib.

 

Qeyd edək ki, Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də Yelkənli İdman növüdür. Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) 2000-ci ildə rəsmi qeydiyyatdan keçib. Əsas məqsəd respublika əhalisi arasında yelkənli idmanı təbliğ və təşviq etmək, yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaratmaq, respublika yarışlarını təşkil etməklə Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün Azərbaycan Respublikasında inkişafına dəstək verməkdir.

 

“Bədən Tərbiyəsi və İdman Günü” prezident İlham Əliyevin sərəncamına əsasən qeyd edilir.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>