Sizin link burada

Dünyanın ən məhsuldar futbolçusu müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilin arxada qalan iki ayı ərzində beynəlxalq qarşılaşmalarda ən çox qol vuranlar yer alıblar.

 

Milli komandalarda və qitə miqyaslı oyunlarda 3 və daha çox qol vuranların cədvəlinə 26 futbolçu daxil edilib. Planetin ən məhsuldar oyunçusu Mərakeş millisində 9 qol vuran Əyyub Əl Kaabidi. “Penalsans” klubunun üzvü yalnız yığmada fərqlənib.

 

 

2-ci yerdə argentinalı Emiliano Tade qərarlaşıb. O, Yeni Zelandiyanın “Oklend Siti” klubunda 5 qola imza atıb. Cənubi Koreyalı Şin-Vuk Kim (“Yonbuk Hyundai”) millidə vurduğu 4 qolla ilk “üçlüy”ü qapayır.

 

Qeyd edək ki, Azərbaycan millsi və klubları bu il keçirilən beynəlxalq matçlarda qol vurmayıb.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>