Sizin link burada

Səidə Sultan sevgilisindən ayrıldı: "Hər şeyimi qurban verdim" - VİDEO

Müğənni Səidə Sultan sevgilisindən ayrılıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Atv maqazin onlarla” verilişində deyib: “Hər şeyi qurban verdim. Heç bir qızın və oğlanın etmədiyi işi etdim. Amma nə olsun? Qardaş, sən get, yaxşı yol. Mən ərə gedəcəm, özü də elə belə yox, yaxşı oğlana ərə gedəcəm. Axırda mən də bezdim. Nə etməliyəm? Arxasınca düşüb yalvarmalıyam? O, cəmiyyətin fikrinə görə mənlə ailə qurmaq istəmədi. Sevirsən, oğlanın ətrafı fikirləşir ki, niyə Səidəyə qismət olsun ki? İstəyirlər ki, ayırsınlar. Amma sənin də qızın böyüyür. Nə bilmək olar ki, o gələcəkdə necə olacaq. İllərlə münasibətimiz var idi. O sevgini göstərib, sonra cılız olan insanlar mənim gözümdə cılızdı. Belə ətrafa Allah lənət eləsin. Mən sevgidən ötrü ölərəm, canımı da verərəm. Elə belə ər xatirinə ailə qura bilmərəm. Qadını yaxşı yola salan da kişidir, pis yola da. Qadın pis yola düşübsə, bunun başında bir kişi durur”.

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>