Sizin link burada

"Apasport"un 11 yaşı tamam oldu

 

Bu gün apasport.az saytı üçün əlamətdar gündü. Bədən Tərbiyəsi və İdman Günü olan 5 mart tarixində sayt ad gününü qeyd edir.

 

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az artıq 11 ildi fəaliyyət göstərir. Sayt Azərbaycanın ilk və yeganə idman agentliyi kimi 2007-ci ildə fəaliyyətə başlayıb. İlk ilindəcə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

 

 

Saytda böyük turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər və fotosessiyalarla tanış olmaq mümkündü.

 

Lent.az-ın kollektivi həmkarlarımızı təbrik edir. 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>