Sizin link burada

Superliqa klubu baş məşqçisini qovdu

"Konyaspor" baş məşqçi Mehmet Özdiləklə yollarını ayırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb komandanın uğursuz çıxış etməsidi.

 

Superliqanın XXIV turunda doğma azarkeşləri önündə "Yeni Malatyaspor"a məğlubiyyət (0:1) rəhbərliyin səbr kasasını daşırıb. Nəticədə rəhbərlik təcili iclas keçirərək, Özdiləki qovmaq qərarına gəlib.

 

Qeyd edək ki, "Konyaspor" 24 turdan sonra 21 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>