Sizin link burada

Messi karyerasında 600-cü qolunu vurdu

İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

 

APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində “Atletiko” (Madrid) ilə matçda baş verib.

 

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci  oyununa çıxan Messiş 539 dəfə “Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib.

 

 

 

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>