Sizin link burada

Ronaldodan "ikinci mərtəbə"də rekord - VİDEO

İspaniya La Liqasınn XXVII turunda "Xetafe" ilə matçda dubl edən "Real"ın hücumçusu Kriştianu Ronaldo növbəti rekorda imza atıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ikinci qolu başla vuran portuqaliyalı superulduz La Liqada 50-ci dəfə "ikinci mərtəbə"dəki mübarizə zamanı fərqlənib.

 

Bu isə İspaniya çempionatında 2003/04 mövsümündən bəri ən yaxşı göstəricidi. Həmçinin Ronaldo Primerodakı qollarının sayını 300-ə çatdırıb. O, Lionel Messidən ("Barselona" - 372 qol) sonra 300 qol həddinə çatan ikinci oyunçu olub.

 

 

Qeyd edək ki, "Real" "Xetafe"ni 3:1 hesabı ilə məğlub edib.

LENT

20 İyun 2018

Digər xəbərlər >>>