Sizin link burada

"Eurovision 2018"də azərbaycanlı ifaçı bu mahnını oxuyacaq - VİDEO

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədovanın ifa edəcəyi mahnı müəyyənləşib. Lent.az xəbər verir ki, “Aisel” adı ilə səhnəyə çıxacaq təmsilçimiz “X My Heart” adlı mahnını ifa edəcək.

 

Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqilə bağlı olub. O 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel "Caspian Jazz & Blues Festival"(2002), Bakı Beynəlxalq Caz Festivalı(2005/2006), "MuzEnergo Festival of Music İmprovisation"(2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və "Jara-2017" festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

 

Aysel 2013-cü ildə  tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah.J.Carterdən özəl dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.

 

Aysel pianoçu, vokalist və bəstəkardır.  

 

Azərbaycanı təmsil edəcək gənc müğənninin ifa edəcəyi mahnını təqdim edirik:

 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>