Sizin link burada

Nadir Qafarzadə: "Böyük oğlumu indiyədək gülən görməmişəm"

Müğənni Nadir Qafarzadə övladlarından danışıb. Lent.az-ın məlumatına görə, “Oyan Azərbaycan” verilişinə qonaq olan ifaçı bildirib ki, övladları zəmanə ilə uyğunlaşa bilmirlər: “Övladlarımı tərifləmək istəmirəm, amma onlar başqa cür böyüyüblər. Buna görə də həyat yoldaşıma minnətdaram. Məktəbi Azərbaycanda bitirəndən sonra xaricdə təhsil aldılar. Böyük oğlum London və İsveçrədə təhsil aldı. Bilmirəm sözümü sizə necə izah edim, onlar o qədər pakdırlar ki... 22 yaşı var. Hələ də pakdılar. Yoldaşıma deyirəm ki, sən onları düzgün tərbiyə etməmisən, yəni gərək bu günə uyğunlaşdırardın. Övladlarım ömür boyu dalaşmayıblar. Düzdü, qanlarında dağlı qanı var.

 

Böyük oğlumu indiyənə qədər hələ gülən görməmişəm. Çox ciddidir. Amma balaca oğlum mənə oxşayıb. Deyən, gülən, lazım olanda özünü sevdirən. Böyük oğlum isə sevgisini üzdə biruzə vermir. Yalnız daxildə sevir”.

 

&show_text=0&width=550" width="550" height="315" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true" allowFullScreen="true">

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>