Sizin link burada

Bəstəkar Tahir Əkbər dəfn olundu - YENİLƏNİB

Əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbər dəfn olunub.

 

Bu barədə APA-ya bəstəkarın ailəsindən məlumat verilib. Təzə Pir məscidində vida mərasimi keçiriləndən sonra bəstəkarın cənazəsi "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində vəfat edib.

 

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Tahir Əkbər 1946-cı ildə anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.

 

Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. 2006-cı ildə filarmoniyada Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.

 

******

10:40

Ötən gün dünyasını dəyişən əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərlə bu gün vida mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə şairə Zemfira Əlişqızı xəbər verib. O bildirib ki, 72 yaşında dünyasını dəyişən bəstəkarla vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

 

Tahir Əkbərin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>