Sizin link burada

Nazarbayev, Ruhani və Binəli Yıldırım İlham Əliyevə başsağlığı veriblər

 
 
 

İran prezidenti Həsən RuhaniBakıda Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran prezidentinin rəsmi saytı xəbər yayıb.

 

“Bakı şəhərinin mərkəzində baş vermiş yanğında dost və qardaş ölkə olan Azərbaycanın vətəndaşlarından bəzilərinin həyatını itirməsi xəbərindən kədərləndik və narahat olduq. Sizə başsağlığı verir, bu faciəvi hadisə qurbanlarının ailələrinin dərdinə şərik olduğumuzu bildiririk”.
 
***
 
 
19:41
 
 
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıda baş verən dəhşətli yanğınla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
 
 
 
Lent.az-ın AZƏRTACA istinadən başsağlığında deyilir:
 
"Hörmətli İlham Heydər oğlu.
 
Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.
 
Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm.
 
Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".
 
 
Həmçinin Türkiyənin baş naziri Binəli Yıldırım da prezident İlham Əliyevə eyni məzmunlu başsağlığı ünvanlayıb. 
 
Dərin hüznlə,

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>