Sizin link burada

Putin Azərbaycan prezidentinə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

 

APA-nın məlumatına görə, başsağlığı məktubunun mətni Kremlin saytında yerləşdirilib.

 

“Əziz İlham Əliyev. Bakı şəhəri Respublika Narkoloji Dispanserində baş vermiş yanğının törətdiyi faciə ilə bağlı dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.

 

 

Putin həmçinin ölənlərin ailələrinə başsağlığı verib, dəstəyini ifadə edib, yaralıların tez bir zamanda sağalmasını diləyib.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>