Sizin link burada

Suriyada beş terror qruplaşması birləşdi

Beş  terror qruplaşması Suriyanın Şərqi Quta bölgəsinə vahid rəhbərlik mərkəzi yaradıblar. 

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma  "Cəbhət ən Nüsrə", "Əhrar  əş Şam", "Ceyş əl İslam", "Əl İslam" və Feylək ər Rəhman"  qruplaşmaları arasında əldə edilib. 

 

 

Məlumata görə, Hələb, Latakiya və İdlib əyalətlərində atəşkəs rejiminin pozulması halları müşahidə edilməkdədir.  Silahlılar Dəməşqin mərkəzi və ətrafını atəşə tutmaqda davam edir. 

 

 

Qeyd edək ki, fevralın 24-də BMT TŞ Suriyada 30 günlük atəşkəsə dair qətnaməni yekdilliklə qəbul edib. 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>