Sizin link burada

İki VAZ toqquşdu, ağır yaralanan var

Tovuzda xəsaərtlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri, Abulbəyli kənd sakini 1981-ci il təvəllüdlü Yusibov Cavanşir xəsarət alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yarıdm göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>