Sizin link burada

Bakıda 3 nəfər cinayət başında yaxalandı

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin əməkdaşları oğurluğa cəhdin qarşısını alıb. Lent.az xəbər verir ki, qorunan neft kəmərlərinin ərazisində uzunluğu 10 metr, diametri 1000 mm olan metal borunu “Man” markalı manipulyator vasitəsilə oğurlamağa cəhd göstərən Culfa rayon sakinləri 1978-ci il təvəllüdlü Mustafayev Əkrəm Nəriman oğlu və 1999-cu il təvəllüdlü Məhərrəmov Qurban İlqar oğlu yaxalanıb.

Bundan başqa Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Cavadxan küçəsi 20 ünvanında yerləşən internet klubdan oğurluq edib qaçmaq istəyən 1991-ci il təvəllüdlü Süleymanov İntiqam Səfər oğlunu saxlayaraq ərazi üzrə 19-cu polis Bölməsinə təhvil veriblər.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>