Sizin link burada

Təzə evlənən cütlüyə dəhşətli sürpriz: BƏY VƏ NƏNƏSİ ÖLDÜ

Hindistanda toy mərasimindən sonra bəyin evində partlayış baş verib. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Odişa əyalətində keçirilən toydan bir neçə gün sonra Soumya Sekhar və Rema Sahu cütlüyünün yaşadığı evə qutuda hədiyyə göndərilib. 18 fevralda toyu olan təzə bəy Rema Sahu və 85 yaşlı nənəsi Jemamani Sahu qutu açılarkən baş verən partlayış nəticəsində ölüb. Təzə gəlin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Polis ilkin araşdırma zamanı partlayıcı yerləşdirilmiş qutunun üzərində göndərildiyi ünvanın olmadığını və onu gətirən şəxsin qaçdığını bildirib.

 

Araşdırmalar aparılır.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>