Sizin link burada

Bakının mərkəzində ağır qəza: ölən var

Bakıda baş vermiş qəzada vəfat edən şəxsin kimliyi müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-də saat 3 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Nəbi Babayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Əziz Fəttahovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

 

 

****

 

25 fevral

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Nəsimi rayonu ərazisində "Ford" markalı avtomobil yolu keçməyə çalışan 45-50 yaşlı kişini vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırmalara başlanılıb, ölən şəxsin kimliyi dəqiqləşdirilir.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>