Sizin link burada

Gürcüstanın dövlət idarələrində bayraqlar endirildi

Gürcüstan parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı Günü günü elan olunub. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssislərində dövlət bayraqları endirilib.

 

Müstəqil Gürcüstan dövlətinin sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Sovet İşğalı Günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>