Sizin link burada

"Real" 100-ü keçdi

 

"Real" cari mövsümdəki qollarının sayını 100-ə çatdırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" buna La Liqanın XXV turunda "Alaves"lə qarşılaşmada nail olub.

 

Kriştianu Ronaldonun 2, Kərim Benzema və Qaret Beylin isə hərəyə 1 dəfə fərqləndiyi qarşılaşmada madridlilər bu mövsüm bütün turnirlərdə qollarının sayını 103-ə yüksəldib. Zinəddin Zidanın yetirmələri La Liqada 62, İspaniya Kral Kubokunda 11, İspaniya Superkubokunda 5, Çempionlar Liqasında 20, Avropa Superkubokunda 2, Qitələrarası Dünya Çempionatında isə 3 qola imza atıb.

 

Bununla "Real" bu mövsüm 100 qol səddini keçən ilk İspaniya komandası olub. Onun ən yaxın izləyicisi olan "Barselona"nın isə aktivində 92 top var.

 

LENT

23 İyun 2018
22 İyun 2018

Digər xəbərlər >>>